• cümə axşamı, 28 mart, 17:23
  • Baku Bakı 16°C

“Neftçi”nin futbolçusu əməliyyat oluna bilər

24.12.16 18:32 1284
“Neftçi”nin futbolçusu əməliyyat oluna bilər
"Neftçi”nin müdafiəçisi Rahil Məmmədov əməliyyat oluna bilər. Klubdan apasport.az saytına verilən məlumata görə, gənc futbolçu uzun müddətdi ki, çiynində ağrı hiss edir.
Məmmədov ölkə futbolunda fasilənin yaranmasından istifadə etmək niyyətindədi. Klubun həkimləri icazə verəcəkləri halda, Rahil cərrahiyyə masasına uzanacaq.
"Neftçi”nin digər zədəli futbolçusu Elşən Abdullayev isə hələ də fərdi məşqlərlə kifayətlənir. Uzun müddətdi yaşıl meydanlardan uzaq düşən yarımmüdafiəçi ən yaxşı halda, Antalya toplanışında kollektivlə məşqlərə başlayacaq.
Qeyd edək ki, "Neftçi” yanvarın 3-dən 4-nə keçən gecə Antalyaya təlim-məşq toplanışına yollanacaq.
banner

Oxşar Xəbərlər