• cümə, 29 Mart, 01:37
  • Baku Bakı 7°C

“Neftçi”nin futbolçuları arasında əlbəyaxa dava

20.11.14 17:52 1100
“Neftçi”nin futbolçuları arasında əlbəyaxa dava
Azərbaycan çempionatının 12-ci turu çərçivəsində hazırda son dəqiqələri oynanılan "Simurq" - "Neftçi" matçının fasiləsində qalmaqal yaşanıb. Rekord.az-ın verdiyi xəbərə görə, komandalar fasiləyə yollanan zaman "Neftçi"nin futbolçuları Elvin Yunuszadə ilə Ernest Nfor arasında mübahisə düşüb. Tərəflər öncə bir-birlərini zəif oynamaqda ittiham edib, sonra isə bir-birlərinə hücum çəkərək əməlli-başlı əlbəyaxa davaya çıxıblar. Yalnız kənardakıların müdaxiləsindən sonra onları sakitləşdirib soyunub-geyinmə otağına aparmaq mümkün olub.
banner

Oxşar Xəbərlər