AZE | RUS | ENG |

Neftçilər Günü qeyd olunur

Neftçilər Günü qeyd olunur
«Əsrin müqaviləsi»nin imzalanmasından 18 il ötür

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşları cümə axşamı Fəxri xiyabanı ziyarət ediblər.

Trend-in məlumatına görə, bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər. Bu günün 20 sentyabrda bayram edilməsi 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanması ilə eyni günə təsadüf edir.

Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Nəticədə, neft-qaz sahəsinin aktiv inkişafı respublika həyatının bütün sahələrinin artımına gətirib çıxardı.

Bu müqaviləni haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab etmək olar.

Bu il daha bir əlamətdar tarix - "Çıraq" yatağından ilk neft hasilatına başlanmasının 15 illiyi qeyd olunur.

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti dünya enerji bazarının aktiv iştirakçısına çevrilir. ARDNŞ-nin bölmələri neft ticarəti, həmçinin neft məhsullarının distribusiyası sahəsində öz yerini tutmaq üçün fəal işlər görür.

TANAP və "Petkim" kimi iri regional layihələrdə iştirakla bağlı işlər də görülür. ARDNŞ Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin tikintisi layihəsinin iştirakçılarından biridir.

Neftçilər ölkə daxilində də fəal işlər görürlər. Xüsusən, neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması layihəsi həyata keçirilir, respublikanın kimya sektorunun modernləşdirilməsi istiqamətində aktiv addımlar atılır, respublikanın bütün rayonlarının qazlaşdırılmasının yaxşılaşdırılması üçün müxtəlif infrastruktur layihələr reallaşdırılır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202