• cümə axşamı, 25 aprel, 04:27
  • Baku Bakı 19°C

“Neftçi”də prezident dəyişikliyi xəbəri təkzib edildi - Yenilənib

30.03.15 13:23 1002
“Neftçi”də prezident dəyişikliyi xəbəri təkzib edildi - Yenilənib
“Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov “Neftçi”dəki fəaliyyətini davam etdirir”.
Bu sözləri apasport.az saytına SOCAR-ın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
O bildirib ki, “Neftçi”də struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra “Neftçi” İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək: “Sadıq Sadıqov hazırda “Neftçi” İdman Klubunun rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın prezidentidi. “Neftçi” PFK “Neftçi” İdman Klubunun tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Həmin dəyişikliklə bağlı da ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bu gün mətbuatda “Neftçi”nin prezidenti Sadıq Sadıqoun istefa verdiyi, bu posta isə Çingiz Abdullayevin gətirildiyi xəbəri yayılmışdı.
-----------
17:13
Aznews.az xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qafqazinfo-ya açıqlamasında Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunmasını təsdiqləyib. O bildirib ki, yayılan məlumat doğrudur.
Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.
banner

Oxşar Xəbərlər