• cümə, 29 Mart, 13:47
  • Baku Bakı 14°C

“Neftçi“ öz qapısına 2 qol vurdu...

22.08.14 10:32 1160
“Neftçi“ öz qapısına 2 qol vurdu...
Tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamağa yaxın olan “Neftçi” bu gün təsnifat mərhələsində son səfər oyununu keçirib.
APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan kubokunun qalibi Serbiyada yerli “Partizan”ın qonağı olub.
Böyükağa Hacıyevin yetirmələri iki il əvvəl uduzmadığı Belqraddan yenə müsbət nəticə ilə dönməyə yaxın olsa da, bunu bacarmayıblar. Düzdür, “ağ-qaralar” matça yaxşı başlayıblar. Onlar Denis Silvanın dublu ilə 2:0 hesabı ilə önə də keçiblər.
Lakin sonradan oyunun axarı dəyişib. “Neftçi”ni sevindirən Silva növbəti qolunu öz qapısına vurub. Ardınca Petar Qrbiç oyunda status-kvonu bərpa edib.
İkinci hissə isə rəqibin üstünlüyü şəraitində keçib. “Partizan” üçün qələbə topu da “Neftçi”dən gəlib. Bu dəfə Elvin Yunuszadə “məharətini” göstərib.
Lakin Belqradda 2 qol vuran komandamızın qrupa düşmək şansı yüksəkdir. Cari mövsüm avrokuboklardakı səfər matçlarında uğurlu seriyası qırılan paytaxt təmsilçisi bunun üçün cavab oyununda rəqibini məğlub etməlidir.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
"Partizan" (Serbiya) - "Neftçi" - 3:2
QOLLAR: Silva, 11; 17 - Silva, 29 (avtoqol); Qrbiç, 32; Yunuszadə, 69 (avtoqol)
Baş hakim: Hüseyin Göcek
Belqrad. “Partizan” stadionu
banner

Oxşar Xəbərlər