• çərşənbə axşamı, 16 aprel, 21:22
  • Baku Bakı 18°C

“Neftçi” və “Bney Yehuda” komandalarının start heyətləri açıqlanıb

08.08.19 20:53 21501
“Neftçi” və “Bney Yehuda” komandalarının start heyətləri açıqlanıb
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi” və "Bney Yehuda” komandaları arasında avqustun 8-də keçiriləcək qarşılaşmanın start heyətləri açıqlanıb.
AZƏRTACxəbər verir ki, "Bakcell Arena”da oynanılacaq görüşdə "Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Platellas, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxacaq.
Qonaqların start heyətində isə Zubas, Mori, Koen, Pnişı, Felcer, Rustom, Mazor, Soro, Saqas, Yan və Qadir yer alacaqlar.
Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.
Oyun saat 21:00-da başlayacaq. Bu komandaların arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.
Xatırladaq ki, "Neftçi” birinci təsnifat mərhələsində Moldovanın "Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın "Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).
Cari mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan "Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. İsrail klubu 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində "Simurq”u hər iki görüşdə məğlub etmişdi.
banner

Oxşar Xəbərlər