“Neftçi” rəsmisi “İnter”in prezidentini təhqir etdi: “Şərəfsiz Nikolovun özüdür”

“Neftçi” rəsmisi “İnter”in prezidentini təhqir etdi: “Şərəfsiz Nikolovun özüdür”

İdman
01 Aprel 2013, 10:53 987
“Neftçi” xalqın komandasıdır. Komandamız haqqında belə ittiham səslənirsə, biz də fikrimizi bildirəcəyik”. Bu açıqlamanı apasport.az saytına “Neftçi” klubunun rəisi Güloğlan Cabbarov deyib.

“İnter”in prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Neftçi”yə uduzduqları oyundan sonra “ağ-qaralar” haqda sərt ittiham səsləndirib. O, “Neftçi” klubunun şərəfindəki ləkənin böyük olduğunu yazıb.

Cabbarov öncə Nikolovun belə fikir səsləndirməsinə inanmadığı bildirsə də, ardından boqarıstanlıya belə cavab verib: “İnanırsınız, şoka düşdüm. Bundan artıq pis söz ola bilməz. Özü də bunu Nikolov deyə. Əgər həqiqətən də deyibsə, şərəfsiz elə Georgi Nikolovun özüdür”.