• cümə, 19 Aprel, 08:02
  • Baku Bakı 13°C

“Neftçi” qoçularını qovdu, başçısını saxladı

31.05.13 14:41 1411
“Neftçi” qoçularını qovdu, başçısını saxladı
“Neftçi” futbol klubunun rəhbərliyi Təhlükəsizlik Xidmətinin strukturunun yenidən formalaşdırılması ilə bağlı qərar qəbul edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mühafizəçilər Şəhriyar Ağayev, Mirramin Seyidov və Elnur Əsgərov işdən azad olunublar.
Onların qovulmasına vəzifə təlimatlarının yerinə yetirilməsində yol verdiyi nöqsanlar səbəb göstərilib.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Xəzər Lənkəran”la oyundan sonra baş verən kütləvi davada “Neftçi”nin mühafizəçiləri də fəal iştirak ediblər. Hər 3 şəxs AFFA İntizam Komitəsi tərəfindən 12 oyunluq cəzalanıb, kluba 18 min manat cərimə kəsilib. Onlardan əlavə, “Neftçi”nin təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev də eyni cəzaya məruz qalıb. Lakin klub rəhbərliyi ona heç bir cəza kəsməyib.
banner

Oxşar Xəbərlər