• cümə axşamı, 18 aprel, 07:29
  • Baku Bakı 12°C

"Neftçi", "Qəbələ" və "Səbaıl"ın rəqibləri bu gün müəyyənləşəcək

04.12.19 09:22 529
"Neftçi", "Qəbələ" və "Səbaıl"ın rəqibləri bu gün müəyyənləşəcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalının daha üç oyunu keçiriləcək. Oyunların nəticələrindən kubokun 1/4 finalındaki Neftçi, Qəbələ və Səbaıl komandalarının rəqibləri müəyyən olacaq.
14:00 Zirə - Qaradağ-Lökbatan; Bakı, Zirə idman kompleksinin stadionu. Baş hakim - Rəşad Əhmədov. Oyunun qalibi 1/4 finalda "Səbail" ilə qarşılaşacaq.
15:00 Sabah - Ağsu; Masazır, "Bank Respublika Arena" stadionu. Baş hakim Fərid Hacıyev. Oyunun qalibi 1/4 finalda "Qəbələ" ilə qarşılaşacaq.
17:00 Sumaqayıt - Zaqatala; "Kapital Bank Arena" stadionu. Baş hakim Nicat İsmayıllı. Qalib 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.
Hal hazırda 1/4 finalda qarşılaşacağı müəyyən olunmuş komandalar: "Keşlə"-"Qarabağ".
1/4 finalın qarşılaşmaları 15-16 və 19-20 dekabrda keçiriləcək.
banner

Oxşar Xəbərlər