• cümə axşamı, 18 aprel, 10:42
  • Baku Bakı 12°C

"Neftçi" "Qaz Metan" klubunu böyük hesabla məğlub edib

19.01.19 11:30 542
"Neftçi" "Qaz Metan" klubunu böyük hesabla məğlub edib
Antalyada qiş təlim-məşq toplanışında olan Bakının "Neftçi” futbol klubu yanvarın 18-də ilk yoxlama oyunu keçirib.
AZƏRTACxəbər verir ki, baş məşqçisi Roberto Bordin olan paytaxt komandası Rumıniyanın "Qaz Metan" klubu ilə üz-üzə gəlib. Qarşılaşma flaqmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 11-ci dəqiqədə Rəhman Hacıyev vurub.
Digər iki qola isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.
Qeyd edək ki, "Neftçi" Antalyada daha 3 yoxlama oyuna çıxacaq. Paytaxt təmsilçisi yanvarın 20-də İranın "İstiqlal", 23-də Çexiyanın "Slovan” (Liberets), 26-da isə Bolqarıstanın "Beroe" komandaları ilə üz-üzə gələcək.
banner

Oxşar Xəbərlər