• cümə, 19 Aprel, 09:41
  • Baku Bakı 13°C

“Neftçi” məşhur hücumçusunu geri qaytarır

27.02.14 15:23 1181
“Neftçi” məşhur hücumçusunu geri qaytarır
“Neftçi” klubu sabiq futbolçusu Nikolas Kanalesi geri qaytarmaq istəyir. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında komandanın baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev bildirib ki, hazırda icarə əsasında Çilinin “Santyaqo Vanderers” klubunda çıxış edən hücumçunu dilə tutmaq üçün Flavinyonun xidmətindən yararlanacaqlar.
Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə 26 qolla Topaz Premyer Liqasının bombardiri olub. Lakin onunla müqavilənin uzadılması məqsədilə aparılan danışıqlar səmərə verməyib. Nəticədə Kanales Çilinin “Kolo-Kolo” klubuna keçib.
banner

Oxşar Xəbərlər