AZE | RUS | ENG |

“Neftçi” Cavid İmamverdiyevi əvəzedici heyətə göndərdi

“Neftçi” Cavid İmamverdiyevi əvəzedici heyətə göndərdi
Buna səbəb onun “Simurq”la oyundan sonra rəqib futbolçu Nenad Kisonun üzünə tüpürməsi olub


“Neftçi” yarımmüdafiəçisi Cavid İmamverdiyevi əvəzedici heyətə göndərib. Bu haqda klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbasazədə məlumat verib. Onun sözlərinə görə, buna C.İmamverdiyevin “Simurq”a qarşı keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda zəif çıxışı və matçdan sonrakı davranışı səbəb olub. Baş məşqçinin bu qərarını klub rəhbərliyi də dəstəkləyib. Cavid İmamverdiyevin qeyri-müəyyən müddətə əvəzedici heyətə göndərilməsi haqda qərar dünən klubun bütün futbolçularına da elan olunub. Qeyd edək ki, C.İmamverdiyevin “Simurq”la oyundan sonra rəqib futbolçu Nenad Kisonun üzünə tüpürdüyü bildirilir. “Simurq”la kubok matçı gərgin oldu. 90 dəqiqə rəqib qapısında “oturduq”. Bizə qələbə üçün 1 qol vurmaq lazım idi. İnşallah, mərhələ adlamaq vəzifəsini Bakıda yerinə yetirərik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev deyib: “Ancaq orda başqa söhbətlər də olub. Üzrlü hesab edin, bu haqda danışa bilmərəm. Klubdan həmin epizodla bağlı danışmağa icazə vermirlər. 2-3 gün sonra ətraflı açıqlama verə bilərəm”. “Azərbaycan kuboku uğrunda keçirilmiş “Simurq”la oyunumuzun 75-ci dəqiqəsində Cavid İmamverdiyevi meydana buraxdıq. Futbolçu meydanda olduğu 15 dəqiqə ərzində məşqçilər heyətinin etimadını doğrulda bilmədi. Bundan əlavə, Cavid oyundan sonra rəqib futbolçuya qarşı qeyri-etik davranmaqla intizam qaydalarını pozdu”. Bu fikirləri isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubunun rəsmi saytına açıqlamasında deyib. O, Azərbaycan kubokunun ¼ final mərhələsində “Simurq”la ilk oyundan sonra rəqibin üzünə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alan futbolçusu Cavid İmamverdiyevin hərəkətinə münasibət bildirib. B.Hacıyev orta sahə oyunçusunun haqlı olaraq qırmızı vərəqə ilə cəzalandırıldığını bildirib: “Oyundan dərhal sonra məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirib klub rəhbərliyinə bu məsələ ilə bağlı hesabat təqdim etdik. Məşqçilər heyətinin birgə rəyi ilə Cavidin əvəzedici heyətə göndərilməsi qərara alındı. Bu gün “Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq, etdiyi hərəkətə görə cavab verməlidir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311