AZE | RUS | ENG |

“Neftçi“ autsayderlə bacarmadı

“Neftçi“ autsayderlə bacarmadı
Böyükağ Hacıyev kapitandan narazı qaldı


Dünən Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 3 qarşılaşma baş tutub. Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən "Simurq" doğma meydanda "Kəpəz"i qəbul edib. "Simurq" bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini gücləndirəcəkdi. Amma zaqatalalılar bunu bacarmayıb və heç-heçəyə razılaşıblar.
Digər oyun Sumqayıtda baş tutub. Burada yerli "Sumqayıt" "Neftçi" ilə qarşılaşıb. Avroliqada yeganə təmsilçimiz olan "Neftçi" ölkə çempionatında da uğurlu çıxışını davam etdirə bilməyib. "Ağ qaralar" bu görüşdən məğlub ayrılıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən "Sumqayıt" mövsümdə ikinci qələbəsini qazanıb.
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün “Sumqayıt”ın qələbə qazanmaq həvəsi bizdən çox idi”. Bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağ Hacıyev oyundan sonra deyib. O, əsas qapıçısı Saşa Stamenkoviçin yerinə şans verdiyi gənc Emin Balayevlə kapitanı Rəşad Sadiqovdan narazı qalıb: “Eminin qapıya qoyulması işlərimizi çətinləşdirdi. Yaxşı qapıçı bir hissədə iki qol epizodunu çıxartmalıdır. Rəqibin 9 nömrəli futbolçusu (Orxan Əliyev) yaxşı oynadı. Futbolçularım rəqibə ciddi yanaşmadı. “Sumqayıt”ın heyəti əsasən cavan uşaqlardı, oyun boyu qaçırlar. Bu gün üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə yox idi. Mən bu komandanın nəyə qadir olduğunu bilirəm. Rəşad Sadiqov yaxşı oynamır. Belə davam etsə, mənim yanımda oturacaq”.
"Qəbələ" isə öz meydanında çempionatın autsayderi "Rəvan"ı qəbul edib. Fatih Kavlakın komandası qələbə qazanacağı təqdirdə ilk "altılıq"dakı mövqeyini qoruyacaqdı. Lakin rəqibi ilə bacarmayan Fatih Kavlakın komandası turu xalsız başa vurub - 1:3.
Bu oyundan sonra “Qəbələ”də baş məşqçi dəyişikliyi reallaşıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi türkiyəli çalışdırıcısı Fatih Kavlakı istefaya göndərib. Onun yerinə namizəd 2 yerli mütəxəssis – Ramiz Məmmədovla Ağasəlim Mircavadovdur. R.Məmmədov ona görə gətirilə bilər ki, əvvəllər uzun illər komandanın çalışdırıb və indi də idman direktoru kimi klubun daxilindədir. Ancaq A.Mircavadovun şansı daha çox qiymətləndirilir.
Qeyd edək ki, Kavlak 1 il öncə istefa verən ingiltərəli həmkarı Toni Adamsı əvəzləmişdi.

24 sentyabr (bazar ertəsi)

18:00. “Simurq” – “Kəpəz” - 1:1 (İkinci hissə)
Qollar: Şahin Kərimov, 20 (0:1), Stepan Polyak, 26 (1:1)

17:00. “Qəbələ” – “Rəvan” - 1:3
Qollar: Juan Manuel Varela, 23 (0:1), Aleksandr Çertaqanov, 37 (1:1), Kristian Torres, 64 (1:2), Nuran Qurbanov, 90 (1:3)

17:00. “Sumqayıt” – “Neftçi” - 3:2
Qollar: Orxan Əliyev, 12 (1:0), Pərdis Fərcad Azad, 55 (2:0), Xəyal Mustafayev, 56-avtoqol (2:1), Nikolas Kanales, 60 (2:2), Murad Ağayev, 74 (3:2)

“Xəzər Lənkəran” – “Bakı” oyunu təxirə salınıb.

23 sentyabr (bazar)

17.00. “Turan” – “Qarabağ” - 0:1
Qol: Rəşad Sadıqov, 88-pen

16.00. AZAL – “İnter” - 0:0

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217