• cümə, 19 Aprel, 15:28
  • Baku Bakı 25°C

Neftçalada iki “Mercedes” toqquşdu, sərnişinlərdən biri öldü

12.07.19 17:14 9196
Neftçalada iki “Mercedes” toqquşdu, sərnişinlərdən biri öldü
Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 11-də saat 13 radələrində Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 "Mercedes” markalı avtomobil toqquşub. Nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər