• şənbə, 20 Aprel, 17:18
  • Baku Bakı 23°C

Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb

25.07.19 17:22 23701
Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb
Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərdən 2-nin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir.
banner

Oxşar Xəbərlər