Neftçalada 36 yaşlı kişi sükan arxasında öldü

Neftçalada 36 yaşlı kişi sükan arxasında öldü

Kriminal
23 Sentyabr 2019, 20:38 680
Neftçalada 36 yaşlı kişi sükan arxasında ölüb.
Trend-in məlumatına görə, rayonun Xıllı qəsəbəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Elçin Oqtay oğlu özünə məxsus avtomobildə ölü tapılıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə və meyitə baxış keçirib, meyitin daxili və xarici müayinəsi aparılıb.
Meyit üzərində heç bir xəsarət aşkarlanmayıb. İlkin araşdırmalar zamanı E.Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.