• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Neftçala sahilində meyiti tapılmış şəxsin itkin düşən neftçilərdən biri olduğu rəsmən təsdiqlənib

04.02.17 15:10 1778
Neftçala sahilində meyiti tapılmış şəxsin itkin düşən neftçilərdən biri olduğu rəsmən təsdiqlənib
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli MərkəzindəFövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi,Dövlət Sərhəd Xidməti,Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir”.
Bu barədəAPA-ya Axtarış-Xilasetmə Qərargahından məlumat verilib.
Məlumatda bildirilir ki, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən biri – operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu təsdiq edilərək ailəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər