• çərşənbə, 24 Aprel, 12:47
  • Baku Bakı 27°C

Neft və Sənaye Universitetində III Məzun-Karyera Sərgisi keçirilir

16.12.17 12:45 1876
Neft və Sənaye Universitetində III Məzun-Karyera Sərgisi keçirilir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III Məzun-Karyera Sərgisi keçirilir.

APA-nın məlumatına görə, sərgidə 98 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 487 vakansiya üzrə iş yerlərini təklif edib. İlk dəfə olaraq Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiilə birlikdə və "Karyerada ilk addım” şüarı altında keçirilmiş sərgidə SOCAR, Azərsu ASC, Azərenerji, Azərişıq, Schneider Electric, Sumqayıt Texnologiya Parkı, Socar Polymer və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı III Məzun-Karyera Sərgisinin açılış mərasimində çıxış edərək universitetdə Məzun-Karyera sərgilərinin keçirilməsinin ənənə halı aldığını bildirib. III Məzun-Karyera Sərginin ilk dəfədir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiilə birlikdə keçirildiyini qeyd edən rektor M.Babanlı bu dəfəki sərginin şirkətlərin və təqdim olunan vakansiyaların sayına görə əvvəlkilərdən daha geniş miqyaslı olduğunu bildirib.

Rektor artıq 2 ildir ki, ADNSU-da Məzun-Karyera Mərkəzinin fəaliyyət göstərdiyini və Mərkəzin sərginin təşkili ilə yanaşı yuxarı kurs tələbələri üçün işə düzəlməklə bağlı üzləşə biləcəkləri məsələlərlə bağlı müntəzəm təlimlər təşkil etdiyini qeyd edib.

Açılış mərasimindən sonra rektor Mustafa Babanlı, əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli, Təhsil Nazirliyinin və Dövlət Məşğulluq Xidmətinin nümayəndələri şirkətlərin stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət ediblər. Saat 10:00-dan başlayan sərgi 14:00-dək davam edəcək. Sərgi çərçivəsində bir neçə şirkətin nümayəndələri ADNSU-nun ayrı-ayrı auditoriyalarında tələbə və məzunlar üçün master-klaslar təşkil olunacaq.
banner

Oxşar Xəbərlər