• cümə, 26 Aprel, 12:00
  • Baku Bakı 23°C

Neft tankeri qaçırıldı

17.08.16 11:21 964
Neft tankeri qaçırıldı
Malayziya hökuməti 900 min litr dizel daşıyan neft tankerinin qaçırıldığını açıqlayıb.
APA-nın "Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Malayziya Dəniz İdarəsinin məlumatında bildirilir ki, hazırda "Vier Harmoni” adlı gəmi İndoneziyanın Batam şəhərinin sularındadır. Gəmini qaçıranların kimliyi hələlik müəyyənləşdirilməyib.
Bildirilir ki, 392,7 min dollar dəyərində yükü olan gəmi Tanjung Pelepas limanından yola çıxıb.
İlkin araşdırmalara görə, gəminin qaçırılması daxili problemlərlə əlaqədardır.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.
banner

Oxşar Xəbərlər