• şənbə, 20 Aprel, 01:53
  • Baku Bakı 15°C

Neft taləbatı 2040-cı ildə gündəlik 111,7 milyon barrelə çatacaq

24.09.18 13:30 504
Neft taləbatı 2040-cı ildə gündəlik 111,7 milyon barrelə çatacaq
Qlobal neft taləbatı 2040-cı ildə sutkada 111,7 milyon barrel olacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə "World Oil Outlook” hesabatında deyilir.
"İnkişaf etməkdə olan ölkələrin neft tələbatı gündəlik 66,6 milyon barrelə, Avrasiyada isə sutkada 6,4 milyon barrelə çatacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft tələbatı sutkalıq 38,7 milyon barrelə düşəcək”, - deyə hesabatda bildirilir.
Hesabata görə, 2040-cı ildə OPEC üzrə xam neft istehsalı gündəlik 49,3 milyon barrel olacaq və kartelin qlobal hasilatdakı payı 36 faizə yüksələcək.
Bildirilir ki, qlobal neft tələbatında ən böyük artım nəqliyyat sektorunda qeydə alınacaq. Bu sektorun neftdən istifadəsi 2040-cı ildə gündəlik 47,8 milyon barrelə çatacaq. Növbəti yerlərdə isə aviasiya, sənaye və neft-kimya sektorları gəlir.
banner

Oxşar Xəbərlər