• cümə axşamı, 25 aprel, 13:49
  • Baku Bakı 23°C

Neft Şirkətində ixtisar davam edəcək

11.02.14 12:31 1199
Neft Şirkətində ixtisar davam edəcək
«APA-Economics»in xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib: «Çünki şirkət işini müasir standartlarla həyata keçirir. Şirkət müəssisələrini bu standartlara uyun olaraq qurduqca, müəyyən işçilərin ixtisara düşməsi baş verir».
R.Abdullayev qeyd edib ki, şirkət SSRİ dövründən qalan bir quruluş olub: «Müəssisədə mənzil istismar idarəsindən tutmuş mədəniyyət evinə qədər bir çox idarələr olub. Amma istehsalat şirkətinin bu cür sahələrə sahib olmasını hətta beynəlxalq auditor təşkilatları qəbul etmir. Odur ki, tabeliyimizdə olan müəssisələr üzrə təhlil aparılır. Bu işə başlamışıq və bu, davam edəcək. Şirkətin mükəmməl beynəlxalq standartlarla işləməsi üçün müəyyən ixtisarlar aparılacaq».
İxtisar olunan işçilərə gəlincə R.Abdullayev əlavə edib ki, həmin işçilərlə bağlı Dövlət Neft Şirkətində böyük proqram həyata keçirilir: «Bu proqrama əsasən, ixtisara düşmüş işçilər bir il müddətində yeni peşə hazırlığı keçirlər. Proqram onların yeni işə imtahan verib, yeni peşə seçərək Dövlət Neft Şirkətinə yenidən qayıtmasını nəzərdə tutur. Bir sözlə, bu proqram sayəsində onların imkanları böyüyür».
banner

Oxşar Xəbərlər