• şənbə, 20 Aprel, 19:52
  • Baku Bakı 24°C

Neft nəqli iyulun 1-dən bərpa ediləcək - Vitse-prezident

29.05.19 10:52 555
Neft nəqli iyulun 1-dən bərpa ediləcək - Vitse-prezident
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini iyulun 1-dən bərpa edəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov deyib.
Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırmışdı. Buna səbəb kəmərin Azərbaycan sahəsində aparılan təmir işləri olub. Bu müddət ərzində həmin istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilib.
banner

Oxşar Xəbərlər