• cümə, 26 Aprel, 00:31
  • Baku Bakı 16°C

Neft Fondunun gəlirləri açıqlandı

21.10.13 13:48 1746
Neft Fondunun gəlirləri açıqlandı
Dövlət Neft Fondunun bu ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 10 086,0 mln. manat, büdcə xərcləri isə 8 746,7 mln. manat təşkil edib. Lent.az-ın Fonda istinadən verdiyi məlumata görə, yanvar-sentyabr ayları ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 774,8 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 9 766,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 6,0 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici sərmayədarlar tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 mln. manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində Fondun 8 339,9 mln. manat vəsaiti dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 mln. manat, «Bakı-Tbilisi-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyələşdirilməsinə 10,9 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 12,4 mln. manat yönəldilib. Bu ilin 9 ayı ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 27,8 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 38,7 mln. manat təşkil edib.
Nəticədə, 2013-cü il oktyabrın 1-nə Fondun aktivləri ilin əvvəlinə nisbətən 4,9% artaraq 35 809,2 mln. ABŞ dollarına çatıb.
banner

Oxşar Xəbərlər