• cümə axşamı, 28 mart, 22:42
  • Baku Bakı 13°C

“Neft Daşları”nın karbohidrogen ehtiyatları açıqlandı

07.11.14 11:18 3261
“Neft Daşları”nın karbohidrogen ehtiyatları açıqlandı
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Neft Daşları”nda ilk neftin hasil olunmasının 65 illiyi ilə bağlı tədbir keçirib.
“APA-Economics”in məlumatına görə, tədbiri açan “Azneft” İstehsalat Birliyinin (İB) sədri Daşqın İsgəndərov “Neft Daşları”nın tarixindən danışaraq bildirib ki, ölkənin qızıl incisi sayılan “Neft Daşları”nda ilk neftin hasilatı 1952-ci ildə başlayıb və tankerlərə vurularaq sahillə daşınıb.
D. İsgəndərov qeyd edib ki, bu il ərzində “Neft Daşları”nda 670 861 ton neft hasil edilib.
Onun sözlərinə görə, “Neft Daşları”nda gündəlik olaraq 250 min kubmetr qaz hasil edilir: “Bu gün yeni quyuların qazılması, bununla bağlı yeni ərazilər seçilib müəyyən işlər aparılır Bu günə qədər təkcə “Neft Daşları”nda 10 minlərlə metr quyu qazılıb”.
İB sədri bildirib ki, hazırda “Neft Daşları” yatağında aparılan tədqiqatlar göstər ki, bu yataqda 24,5 mln. ton neft və 22,2 mln. kubmetr qaz ehtiyatları var.
Daha sonra prezident İlham Əliyevin “Neft Daşları”nın 65 illiyi ilə yatağın işlənməsi və abadlaşdırılmasında fərqlənən işçilərin təltif olunması mərasimi keçirilib. Tərəqqi və şöhrət ordenlərinin adlarını ARDNŞ kadr, rejim və kommunikasiya üzrə vitse-prezidenti Xalik Məmmədov oxuyub.
banner

Oxşar Xəbərlər