• cümə, 19 Aprel, 02:48
  • Baku Bakı 18°C

Neft daşlarının estakadası dağıldı, ölən var

17.03.14 11:32 1166
Neft daşlarının estakadası dağıldı, ölən var
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 15 radələrində “Neft Daşlarında” yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan dörd nəfər estakadanın uçması nəticəsində dənizə düşüb.
Onların Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyev olduğu açıqlanıb. M.Hacıyev boğulub, digərləri xilas ediliblər.
banner

Oxşar Xəbərlər