• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

Neft Daşlarında geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi intihar edib

09.07.17 16:23 1389
Neft Daşlarında geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi intihar edib
Bu gün Neft Daşlarında intihar hadisəsi qeydə alınıb.
APA-nın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb və nəticədə dünyasını dəyişib.
Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər