• çərşənbə axşamı, 19 mart, 08:23
  • Baku Bakı 8°C

"Neft Daşları"na gedən helikopter qəza enişi edib, xəsarət alan yoxdur

27.05.17 16:22 878
"Neft Daşları"na gedən helikopter qəza enişi edib, xəsarət alan yoxdur
Bu gün "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.
Şirkətdən verilən məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olmuşdur, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçininhavagəmisi də zərər görməyib.
"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.
Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"-nin digər helikopterləri ilə çatdırılacaq.
Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.
banner

Oxşar Xəbərlər