• cümə axşamı, 25 aprel, 19:16
  • Baku Bakı 21°C

“Neft Daşları” yatağında yeni quyu qazılır

08.02.17 10:20 1204
“Neft Daşları” yatağında yeni quyu qazılır
"Neft Daşları” yatağındakı 602A nömrəli özüldən 2667 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.
SOCAR-ın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1570 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər