AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neft bazarında bu il təklif tələbi üstələyəcək - PROQNOZ

Neft bazarında bu il təklif tələbi üstələyəcək - PROQNOZ

İqtisadiyyat
07 Aprel 2021, 12:45 605
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft və digər maye karbohidrogenlər bazarında tələbatın təklifi üstələyəcəyini gözləyir.
 
"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə neft bazarında gündəlik təklifin 96,68 mln. barel (öncəki proqnoz – 97,1 mln. barel), tələbin isə 97,67 mln. barel (öncəki proqnoz – 97,5 mln. barel) səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, EIA bu il neft bazarında 990 min barel həcmində defisit qeydə alınacağını proqnozlaşdırır.
 
Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 101,12 mln. barel (öncəki proqnoz – 101,2 mln. barel), tələbatın isə 101,32 mln. barel  (öncə ki proqnoz - 101,33 mln. barel təşkil edəcəyini gözləyir.
 
Beləliklə, EIA gələn il neft bazarında 20 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.