Nəfəslə gələn ölüm
Dünya
Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada 1, 1 milyard insan siqaret
çəkir. Dünyada hər il 4,5 milyon insan
siqaretə bağlı xəstəliklərdən ölür. Əgər tədbir görülməzsə, 2025-ci ildə 10
milyon insanın, siqaret çəkdiyi üçün öləcəyi gözlənilir. Yaşadığım Türkiyə Cümhuriyyətində isə 17
milyon insan siqaret çəkir. Dünyada və Avropada ən çox siqaret çəkilən ölkə Yunanıstandadır.
Yunanıstandan sonra dünyada ən çox siqaret çəkən insanlar İndoneziyadadır.
Avropada Yunanıstandan sonra ən çox siqaret çəkənlər isə Türkiyədədir.
Cavan
yaşlarda (50 yaşdan aşağı) infarkt keçirən xəstələrdə hipertaniya və diabet
kimi xəstəliklər daha az müşahidə edilsə də, bu xəstələr arasında siqaret
çəkənlər daha çoxdur. Hətta 35 yaşın
altında infarkt keçirən insanların 94 faizində ürək-damar tıxanmasının səbəbi
siqaret çəkməkdir. Ancaq təəssüf ki,
cavan xəstələrin 59 faizi infarkt keçirdikdən
sonra yenidən siqaret çəkməyə
başlayırlar. Siqaret çəkən şəxs mütləq siqaret ondan vaz keçməlidir. Siqaret bir çox xəstəliyə səbəb olmaqla yanaşı, əngəllənə
bilinən (yəni qarşısı alına bilinən) ölümlərin 50 faizinin
səbəbidir. Siqaret
çəkən hər iki nəfərdən biri siqaretə bağlı xəstəliklərdən (ürək-damar və
ağciyər xəstəlikləri, xərçəng, və sairə) ölür. Siqaret çəkməklə həyatınızın ən
azı 10 ilini itirirsiniz. Siqaret çəkənlərdə 10 il içində infarktdan ölmə riski
ikiqat artır. Siqaret çəkməyi buraxdıqdan sonra bir
insanın infarkt keçirmə riski ancaq 10-15 il sonra siqaret çəkməyən bir
insanın infarkt keçirmə riskinə bərabər olur (ancaq bu risk heç vaxt 0 faiz
olmur). Siqaret çəkən bir insanın infarkt keçirdikdən sonra siqaret
çəkməkdən imtina etməsi təkrar infarkt keçirmədən qoruyan müalicə metodları
arasındakı ənönəmli müalicə metodudur.
Siqaret
tüstüsünə məruz qalmaq da (buna passiv siqaret çəkmə deyilir) ürək-damar
xəstəliyi riskini artırır. Siqaret çəkən bir nəfərlə yaşayan siqaret çəkməyən
birində, ürək-damar xəstəliyi riski 30 faiz artar. Yəni siqaret
çəkən şəxs, təkcə öz həyatını deyil, onunla bir evdə yaşayanların
və ya bir mühitdə olanların da həyatını təhlükə altına atır.
Siqaret çəkmək qadınlara daha çox təsir edir. Belə ki, siqaret çəkən bir qadının
infarkt keçirmə riski siqaret çəkən bir kişinin infarkt keçirmə riskindən daha
çoxdur. Daha dəqiq desəm, siqaret çəkən qadınlarda ürək damarlarının tıxanma riski siqaret çəkən kişilərə nisbətən
1,25 qat daha çoxdur. ‘Light” siqaret və filtrli siqaretin zərərsiz olduğu deyilir.
Bu, yanlış bir
düşüncədir. Çünki istənilən növ siqaret (siqar, ‘light” siqaret, filtrli
siqaret, puro, nargilə, tənbəki) ürək-damar xəstəliyi üçün risk faktorudur. Tüstünü nəfəslə içə çəkmək daha
zərərlidir. Ancaq tüstünü daxilə ötürmədiyini söyləyən siqaret çəkənlər
də infarkt keçirmə riski ilə qarşı-qarşıyadırlar. Bəs,
tüstüsüz tütün də zərərlidirmi? Tüstüsüz tütünün istifadəsi get-gedə artır. Tüstüsüz tütün dünyada ən
çox İsveçdə istifadə edilir. Ən çox istifadə edilən tüstüsüz tütün isə "SNUS’’-dur. Tüstüsüz tütün, qurudulmuş tütünə su, ətir, qələvi
maddə və duz qatılaraq hazırlanır. Yəni dumansız tütün yaş tütündür və diş
əti ilə dodaq arasına qoyularaq istifadə edilir. Tüstüsüz tütünün zərərli olmadığı düşüncəsi
mövcuddur. Ancaq aparılan son elmi araşdırmalar
tüstüsüz tütünün qandakı adrenalin miqdarını, qan təzyiqini, nəbzi və
infarkt keçirmə riskini artırdığını
göstərdi. Yəni tüstüsüz tütün də zərərlidir və tüstüsüz tütün istifadə edənlər bundan imtina etməlidirlər. Gündə bir ədəd siqaret çəkmək də zərərlidir? Az
(gündə 10 ədədə
qədər)
siqaret çəkməyin zərərli olmadığı düşüncəsi mövcuddur. Ancaq aparılan ən son elmi araşdırmalar,
hətta gündə sadəcə, bir ədəd siqaret çəkməyin belə, ürək-damar tıxanması riskini kişilərdə 48, qadınlarda 57 faiz artırdığını
sübuta yetirib. Ayrıca, gündə sadəcə, bir ədəd siqaret çəkmək ağciyər
xəstəlikləri və ağciyər xərçəngi riskini də artırır. Beləliklə, siqaret çəkənlər
üçün son "ümid” yeri olan "gündə bir ədəd çəkmək zərərsizdir’’ düşüncəsi də, beləcə "öldü”.
Siqaret
çəkməyi buraxdıqdan sonra çəkinin artdığı doğrudurmu? Siqaret çəkən
insanların çəkiləri siqaret çəkməyən
insanlarla müqayisədə daha az olur. Siqaretdən imtina edən insanların əksəriyyətində
çəki artır. Siqaret çəkməyi buraxan
insanlarda bir il ərzində təqribən 4-5 kilo çəki artımı olur. Çəki artımının çoxu ilk 3 ay içində olur. Çəki
artımının iki önəmli səbəbi var. Birincisi, siqaretin tərkibində olan
nikotin iştahanı azaldır. İkincisi, nikotin bədəndəki metabolizmanın
sürətlənməsinə səbəb olur. Siqaret çəkməkdən imtina həm iştahanın artmasına
səbəb olur, həm də metabolizmanın sürətini azaldır. Bunun nəticəsində də, çəki
artımı olur. Artıq çəkinin zərərli olduğunu düşünərək, siqaretdən imtinanın faydasının
ortadan qalxdığını iddia edənlər də var. Ancaq siqaret çəkməyi buraxdıqdan sonra çəkinin
yaranması siqaretdən imtinanın faydasını azaltmamalıdır. Çünki aparılan elmi
araşdırmalar nəticəsində bu çəki artımının infarkt və ya insult keçirmə riskini
artırmadığını sübut edib.
Siqaretdən
imtina üçün qəbul edilən bəzi dərman preparatları ürək-damar
sistemi üçün zərərlidirmi? Hər şeydən əvvəl onu deyim
ki, siqaretdən imtina bir iradə
məsələsidir. Ancaq son illərdə siqaret çəkməyi buraxmaq üçün bəzi dərman
preparatlarından (varenicline, bupropion və nikotin) da istifadə edilir. Ancaq bu dərman preparatlarından istifadə, infarkt
keçirmə və ya ürək-damar xəstəliyinə tutulma və ya ürək-damar xəstəliklərindən
ölmə riskini artırmır. Üstəlik, bu dərmanlar xəstələrin qan təzyiqini və
nəbzini də yüksəltmir.
Yalçın Velibey
Kardioloji Uzmanı