• şənbə, 27 Aprel, 05:19
  • Baku Bakı 14°C

Nəcməddin Sadıkov Rusiyaya gedib

28.09.16 12:10 827
Nəcməddin Sadıkov Rusiyaya gedib
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, N.Sadıkov sentyabrın 29-daMDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Səfər sentyabrın 30-dək davam edəcək.
banner

Oxşar Xəbərlər