• cümə axşamı, 25 aprel, 09:29
  • Baku Bakı 14°C

Nəcməddin Sadıkov cəbhə bölgəsinə getdi

11.08.14 09:52 1314
Nəcməddin Sadıkov cəbhə bölgəsinə getdi
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.
banner

Oxşar Xəbərlər