• cümə, 29 Mart, 03:45
  • Baku Bakı 7°C

“Nəcib hisslər həmişə qalibiyyət rəmzi olub”

31.05.20 17:45 453
“Nəcib hisslər həmişə qalibiyyət rəmzi olub”
"Ta qədimdən ağsaqqal nəslin nümayəndələri gənclərə örnək olan nümunələri misal gətirərək, şərin yox, xeyrin yanında, pisin yox, yaxşının yanında, əyrinin yox düzün yanında olmağı tövsiyə ediblər. Bu həm də halalıq vermək anlayışı kimi qəbul olunub. İnsan düşüncəsində böyüklərin hər bir fikri süzkəcdən keçən, tamlıq, dürüstlük etalonudu. Bu həm də o halda reallığa qovuşub ki, nəsihət verənin özü əsl ağsaqqallıq statusunda olsun”. BunuSİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.
Onun sözlərinə görə, kütlənin nəzərində ədalətli, halal insan olmağı ilə yanaşı həm də sevilsin: "XIX-cu əsr tarixçisi Abbasqulu ağa Bakıxanov deyirdi ki, hər saqqalı ağ olana ağsaqqal deməzlər, ağsaqqalın gərək ki, zehni kamil olsun".
Bu baxımdan ağsaqqallıq yaşla da ölçülməyib. Əgər o insan ki, şərəfli və keşməkeşli ömür sürüb, həyatın dolanbaclarında sınmayıb, məğrur durub, o müdrikləşib, aqilləşib. Yoxsa, buqələmun kimi rənglərini dəyişibsə, elə onun fikrləri də qurşaqdan aşağı qəbul olunub. Bəzi siyasətçilərin mövqeyində bu daha qabarıq görünür. Keçmişi və bu günü ləkəli olanların hansı siyasi qütbdə dayanmasından asılı olmuyaraq ideya və düşüncələri çürük toftologiyadan başqa bir şey deyil. Şübhəsiz ki, səhvsiz insan yoxdur. O səhvi gənc bir insan edirsə, müəyyən mənada bağışlanılır. Lakin, bəlli bir yaşda kiminsə o səhvi etməsi gülünc bir mənzərə yaradır. Bəzən özünü ağıllı, təcrübəli sayanları hansısa siyasi qruplarda və yaxud da qruplaşmalarda qərəzli bir mövqedə görəndə, təəssüflənirsən ki, vaxtı ilə o necə yüksək vəzifə daşıyıb, elmi ada sahib olub və s.. Necəki, belələri müxalif düşərgədə indi özündən yaşca balacaların təsiri altına düşüb və onların istənilən havasına züy tuturlar. Yabançı, kölə streotiplərdən uzaqlaşa bilmirlər. Əlbətdəki bu halda real ,obyektiv mövqe ortaya qoymaq elələrinin təfəkkürünə sığmır”.
V.İsmayılovun sözlərinə görə, bütün hallarda mövcud uğurları eybəcər halda inkar etməklə, bunu hətta siyasi fədakarlıq nümunəsi kimi təqdim edirlər: "İdelogiya sərsəm fikirləri özündə ehtiva edirsə, yaxud da milli düşüncəyə ziddirsə, o cəmiyyətə nə fayda verər? Deməli, məqsəd saf amallardan uzaq olan yaramaz bir ideologiyaya xidmət etməklə, dağıdıcı bir funksiyanı yerinə yetirməkdir. Bu isə destruktiv fəaliyyət növüdü. İstənilən halda hər bir insan ölkəmizdə yaranmış demokratik mühitdən istifadə edib, sərbəst fikir, söz ifadə edə bilir. Bunun üçün xüsusi bir qrup da tərkib də təmsil olunmağa heç lüzum da yoxdur. Hər kəs azad düşüncəyə malikdir. Sosial şəbəkələr də, mətbuat da kimin ürəyindən nə keçir, onu da yazır və deyir. Vicdanlı, vicdansız hamı hər şeyə münasibət bildirir. Buna şərait yaradan iqtidar hər bir şıltaqlığa dözür ki, təki ölkəmizdə demokratik dəyərlər yaşasın. Hətta Prezident Administrasiyasına müxalif düşərgənin nümayəndələri dəvət olunur, onlarla siyasi müzakirələr aparılır və konstruktiv əməkdaşlıq təklif olunur. Əlbətdəki bu cür müzakirələrdə iştirak edən konstruktiv müxalifətin mövqeyi cəmiyyətdə anlaşılan və qəbul ediləndi. Deməli bir tərəf də əməkdaşlıq, digər tərəf də isə radikalizm. İfrat, radikal baxışlarla, humanizm prinsiplərinin təzadları cəmiyyətdə aydın bir görüntü yaradır. Yuxarıda qeyd etdiyim "kimin yanında olmaq" düşüncəsini formalaşdırır. İnsanları çaşdırmağa yönəlmiş "ağsaqqallar"ın məkrli niyyətləri puç olur. Xalq iqtidarın və onun önündə məğrur dayanan Prezident İlham Əliyevin iradəsinin, məramının xoşbəxt missiya olduğunu dərk edir və öz məmnunluğunu tək ifadə tərzində yox, dəstək formasında təzahür etdirir. Azərbaycan xalqı onun rifahını, firavanlığını, sağlamlağını hər şeydən üstün tutan prezidentini alqışlayır. Sevindirici haldır ki, ağı, qaradan seçməyi bacaran gənclərimiz xeyirin, yaxşının, düzün yanındadırlar. Çünki onlar yaxşı anlayırlar ki, bu nəcib hisslər həmişə qalibiyyət rəmzi olubdur”.
banner

Oxşar Xəbərlər