• çərşənbə, 24 Aprel, 04:49
  • Baku Bakı 14°C

Necdet Ünüvar: Xocalı ortaq dərdimiz, qanayan yaramızdır

22.02.18 13:40 468
Necdet Ünüvar: Xocalı ortaq dərdimiz, qanayan yaramızdır
Xocalı ortaq dərdimiz, qanayan yaramızdır.
Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədovla Ankarada görüşündə bildirib.
N.Ünüvar qeyd edib ki, Xocalı faciəsi heç zaman unudulmayacaq və unutdurulmayacaq: "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.
banner

Oxşar Xəbərlər