• çərşənbə axşamı, 23 aprel, 19:44
  • Baku Bakı 20°C

Necdet Ünüvar: “Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”

12.04.18 12:10 744
Necdet Ünüvar: “Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”
"Biz dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi".
APA-nın xəbərinə görə, bunu Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib. Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N. Ünüvarın sözlərinə görə, səsvermə zamanı hər hansı qarşıdurma yaşanmayıb: "Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qələbə münasibətiləİlham Əliyevi təbrik edirik. Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq".
banner

Oxşar Xəbərlər