• cümə, 29 Mart, 18:26
  • Baku Bakı 14°C

Azərbaycan və Türkiyə ortaq layihələrlə bəşəriyyətə xidmət edir

02.04.18 09:10 615
Azərbaycan və Türkiyə ortaq layihələrlə bəşəriyyətə xidmət edir
Azərbaycan və Türkiyə bölgədə həyata keçirdikləri ortaq layihələrlə bəşəriyyətə xidmət edir.
Bu barədə Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.
"Bilindiyi kimi, bu gün Türkiyə ilə Azərbaycan arasında çox önəmli layihələr həyata keçirilir. Hər iki dövlət müxtəlif sahələrdə sıx əməkdaşlıq etməkdədirlər. TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti, Bakı-Tiflis-Ceyhan neft boru xətti iki dövlət arasında həyata keçirilən önəmli layihələrdəndir” - deyə Ünüvar qeyd edib.
Millət vəkilinin sözlərinə görə, hal hazırda Azərbaycan iqitsadi baxımdan böyüyüb və güclənib.
"Qardaş ölkə olan Azərbaycan dünya əhəmiyyətli xarici siyasətə malikdir. Azərbaycan iki dəfə BMT Təhlükəsizlik Şurasının keçici üzvü seçilib. Bakı Avropa oyunlarına, İslam Həmrəylik oyunlarına və Formula 1 yarışlarına ev sahibliyi edib. Dolayısı ilə bu gün Bakı, bütün dünyanın gözünü qamaşdıran möhtəşəm tədbirlərə ev sahibliyi etməkdədir”, - deyə Ünüvar bildirib.
banner

Oxşar Xəbərlər