“Nə? Harada? Nə zaman?”

“Nə? Harada? Nə zaman?”

İdman
07 Sentyabr 2019, 16:15 279
Sentyabrın 7-də "Boulevard Hotel”də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Vergilər naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.
Azərbaycanın 11 komanda ilə qatıldığı çempionatda ümumilikdə 29 ölkədən (Azərbaycan, Avstriya, Böyük Britaniya, Belarus, Almaniya, Gürcüstan, İsrail, İspaniya, Qazağıstan, Kanada, Kipr, Qırğızıstan, Latviya, Litva, Moldova, Niderland, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Estoniya) 75 komanda iştirak edir.
Qeyd edək ki, Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2002-ci, 2003-cü və 2004-cü illərdə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ilk dünya çempionatları da məhz Bakı şəhərində keçirilib.
Sayca XVII olan bu çempionatın Azərbaycanda keçirilməsi qərarı 2018-ci il oktyabr 20-də Azərbaycan İntellektual Klublar Assosiasiyasının müraciəti əsasında "Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyası tərəfindən qəbul edilib.
Çempionat sentyabrın 8-də başa çatacaq.