Ndlovu çinlilərlə neçə illik müqavilə bağlayıb?
"Qarabağ”dan ayrılan Dino Ndlovu karyerasını Çinin birinci liqa
təmsilçisi "Xançjou Qrintaun”da davam etdirəcək.
Kaspia.az xəbər verir ki, cənubi afrikalı hücumçunun Çin klubu ilə müqaviləsinin
detalları açıqlanıb. "Kingfut.com” saytının yaydığı məlumata görə, 27 yaşlı
futbolçu "Xançjou Qrintaun”la 2 illik müqavilə bağlayıb.
"Qarabağ” Ndlovunun keçidindən 675 min funt-sterlinq qazanıb. Xatırladaq
ki, CAR millisinin də üzvü olan hücumçu 2016-cı ildən "Qarabağ”ın uğurları üçün
çalışırdı.