• cümə, 19 Aprel, 06:49
  • Baku Bakı 13°C

NBC: Xüsusi prokuror Trampı dindirilməyə çağıracaq

09.01.18 09:50 571
NBC: Xüsusi prokuror Trampı dindirilməyə çağıracaq
ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller dövlət başçısını dindirilməyə çağırmağa hazırlaşır.
APA-nın məlumatına görə, bu barədə NBC xəbər verib.
Hazırda ABŞ prezidenti ilə xüsusi prokuror arasında keçiriləcək görüşün məkanı müəyyənləşdirilir.
ABŞ prezidentinin administrasiyasında məlumatı şərh etməsələr də, məsələ ilə bağlı xüsusi prokurorlaəməkdaşlıq etdiklərini qeyd ediblər.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller ötən ilin mayında "Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.
banner

Oxşar Xəbərlər