• cümə axşamı, 18 aprel, 04:58
  • Baku Bakı 15°C

Nazpəri Dostəliyevaya ağır itki üz verib

28.05.14 09:42 1499
Nazpəri Dostəliyevaya ağır itki üz verib
Bu barədə "Qafqazinfo”ya ailənin yaxın dostu, millət vəkili Çingiz Qənizadə məlumat verib. Məlumata görə, xalq artistinin təxminən 50 yaşında olan İlqar adlı qardaşı böyrək çatışmazlığı xəstəliyindən dünyasını dəyişib. Dəfn mərasimi sabah keçiriləcək. Allah rəhmət eləsin!
X X X
Digər bir xəbərdə isə bildirilir ki, Nazpəri Dostəliyevanın qardaşı üç gün bundan öncə maşınla vurulub. Bunu xalq artistinin prodüseri Mikayıl Hüseynov Milli.Az-a deyib.
"Təxminən üç gün öncə Nazpəri xanımın qardaşını maşın vurub. O, yolu keçəndə maşın vurub. Ağır xəsarətlər aldığından onu xəstəxanaya yerləşdiriblər. Bir neçə gün xəstəxanada yatdıqdan sonra o, ötən gün böyrək çatışmazlığından dünyasını dəyişib".
Prodüserdən hadisənin necə və harada olduğunu öyrənmək istəsək də bu bərədə heç bir məlumat verə bilməyəcəyini dedi.
banner

Oxşar Xəbərlər