• şənbə, 20 Aprel, 18:06
  • Baku Bakı 24°C

Nazirliyin yüksək vəzifəli şəxsi tutduğu vəzifədən azad edildi

10.06.13 09:33 1550
Nazirliyin yüksək vəzifəli şəxsi tutduğu vəzifədən azad edildi
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, paytaxtın bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə ETSN-ə daxil olmuş şikayətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı paytaxt ərazisində müxtəlif diametrli yaşköküstə ağacların kəsildiyi faktları aşkar olunub, ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşlarının Bakı şəhərində ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi müəyyən olunub. Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri və digər məsul şəxslər tutduqları vəzifədən azad ediliblər.
banner

Oxşar Xəbərlər