• şənbə, 27 Aprel, 01:22
  • Baku Bakı 14°C

Nazirliyin rəhbərliyi rayonlarda vətəndaşlarla görüşüb

30.11.19 19:19 547
Nazirliyin rəhbərliyi rayonlarda vətəndaşlarla görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda rayonun sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Nazir vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində aparılan ardıcıl islahatlar barədə məlumat verib. O, pensiya təminatının gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün atılan addımları, sosial təminat növləri üzrə xidmətlərin avtomatlaşdırılması tədbirlərini qeyd edib. Pensiyalar kimi, sosial müavinət və təqaüdlərin də bu təminat növlərinə hüququ yaranan vətəndaşlara müraciət edilmədən, proaktiv qaydada təyin edilməsi üçün elektron sistemlərin qurulmasının geniş vüsət aldığını diqqətə çatdırıb.
Qəbul zamanı vətəndaşlar sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər. Bütün müraciətlər nazirliyin aidyyəti struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ucar rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Zərdab rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Hər iki rayonda da vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar tədbirlər görülüb.
banner

Oxşar Xəbərlər