Nazirliyin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 ili tamam olur.
Bununla əlaqədar, "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu
gün, sabah” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.
Hökumət və
qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, elmi ictimaiyyətin nümayəndələrinin
iştirak edəcəyi konfransda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində
yaradılan Nazirliyin Cümhuriyyətin mövcud olduğu tarixi dönəmdə gördüyü işlərə,
ötən dövrdə keçdiyi yola nəzər salınacaq.
Ulu Öndər Heydər
Əliyevin ötən əsrin 70-80-ci illərində və ölkəmiz dövlət müstəqilliyini bərpa
etdikdən sonrakı dövrdə Azərbaycanda sosial müdafiə sisteminin inkişafı, həssas
qruplarla bağlı mühüm sosial proqramlara başlanılması üçün göstərmiş olduğu
tarixi xidmətlər xatırlanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sosial inkişaf strategiyasının uğurları olaraq, sosial müdafiə
sisteminin gücləndirilməsi, məşğulluğun artırılması, sosial müdafiə siyasətində
passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması üçün atılan
addımlardan bəhs olunacaq. Əmək, məşğulluq, sosial təminat sahələrində
innovativ həllərin geniş tətbiqi, dövlət sosial xidmətlərinin "DOST” layihəsi
üzrə vahid platformadan təşkili istiqamətində aparılan işlər, Heydər Əliyev
Fondunun sosial əhəmiyyət kəsb edən layihələri diqqətə çatdırılacaq.
Əmək, məşğulluq,
sosial təminat sahələrində həyata keçirilən islahatlara, bu sahələrin gələcək
inkişaf perspektivlərinə dair elmi-praktik yanaşmalar əsasında müzakirələr
aparılacaq.