AZE | RUS | ENG |

Nazirliyik tikinti şirkətlərinə xəbərdarlıq etdi

Nazirliyik tikinti şirkətlərinə xəbərdarlıq etdi
Tikinti işlərinə başlamaq layihə-smeta sənədlərini dövlət ekspertizasından keçirilməsindən sonra mümkündür

Fövqəladə Hallar Nazirliyi tikinti şirkətlərinin rəhbərlərinə xəbərdarlıq edib. Nazirliyin saytının yaydığı məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə bildirilib. Məlumata görə, Agentliyinin rəisi Cəbrayıl Xanlarov müşavirədəki çıxışında tikinti şirkətlərinin rəhbərlərinə bildirib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib. O, ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyinə toxunaraq, tikinti obyektlərində rast gəlinən çatışmazlıqlardan, həlli vacib məsələlərdən danışıb, bu sahədə təkliflərini bildirib. Qeyd edək ki, parlamentin yaz sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilib və onun təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun təsdiq edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949