• cümə, 19 Aprel, 12:16
  • Baku Bakı 25°C

Nazirlikdən QHT-lərə: “Aprelin 1-dən gec olmayaraq...”

31.03.15 06:06 926
Nazirlikdən QHT-lərə: “Aprelin 1-dən gec olmayaraq...”
Aprel ayının 1-dən gec olmayaraq qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. “Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub”, - deyə məlumatda vurğulanıb.
banner

Oxşar Xəbərlər