• cümə, 26 Aprel, 05:33
  • Baku Bakı 16°C

Nazirlikdən iki nəfəri parçalayan ayı ilə bağlı Açıqlama

24.06.13 11:20 1742
Nazirlikdən iki nəfəri parçalayan ayı ilə bağlı Açıqlama
Qeyd edilir ki, ayı yaxınlarda olan restorlanların birində saxlanılırmış.
Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev Modern.az-a açıqlamasında bu faktı təkzib edib. Bildirib ki, yerli idarə ilə əlaqə saxlanılıb və məlum olub ki, ayı meşə ərazisindən gəlib.
“Ümumiyyətlə biz restoranlarda vəhşi heyvanların saxlanması ilə bağlı reydlərimizi davam etdiririk. Və elə bir fakt aşkar olunmayəb. Həmin ayı da meşə ərazisindən gəlib, qonur ayıdır, “Qırmızı kitab”a salınıb”. R.Mirzəyev bildirib ki, vəhşi heyvanların restoranlarda saxlanması halları keçən il qeydə alınsa da, cari ildə belə fakt aşkarlanmayıb.
“Vəhşi heyvanların kəndlərə hücumu olur, amma bu, o qədər də tez-tez müşahidə edilmir. Əvvəllər canavarlar kəndlər, kənd təsərrüfatı heyvanlarına hücum edirdi. Belə hadisələr olanda və ya nazirliyə müraciətlər edildikdə biz yerli idarə orqanları və rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq, həvəskar ovçulardan ibarət qruplar yaradılır” -deyə R.Mirzəyev əlavə edib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Şamaxı rayonunda ayı iki nəfəri parçalayıb. Hadisə rayonun Qaladərəsi və Çeşmədil kəndərində baş verib. Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər. Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb.
Allahverdiyev Sahib Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Yaralının vəziyyətinin stabil olduğu bildirilir.
banner

Oxşar Xəbərlər