• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

Nazirlikdə iş var - Müsabiqə

02.05.14 12:58 1347
Nazirlikdə iş var - Müsabiqə
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi orqanlarında işləmək istəyən şəxslər mayın 5-dən mayın 18-dək sənədlərini elektron qaydada nazirliyə təqdim etməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində nazirliyin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.
Sənədləri qəbul edilən namizədlər 30 maydan 1 iyuna qədər imtahana buraxılış vərəqələrini nazirliyin inzibati binasından götürməlidirlər.
Müsabiqənin test imtahanı 3 iyunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi yerdə keçiriləcək.
Qeyd edək ki, müsabiqəyə Şamaxıda 2, Şirvanda 3, Lənkəranda 2, Beyləqanda 3, Qəbələdə 1, Yevlaxda 2, Zaqatalada 1, Şəmkirdə 2 və Gəncədə 1 yer olmaqla, ümumilikdə 17 vakant yer çıxarılıb. Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.
banner

Oxşar Xəbərlər