• şənbə, 20 Aprel, 12:36
  • Baku Bakı 23°C

Nazirlik zabitin şəhid olması barədə məlumat yaydı Yenilənib

23.01.14 14:12 1211
Nazirlik zabitin şəhid olması barədə məlumat yaydı Yenilənib
Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Elnur Cəfərov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib
Bakı. Hafiz Heydərov - APA. Müdafiə Nazirliyi cəbhədə zabitimizin şəhid olması faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.
-------
15:18
Azərbaycan Ordusunun zabiti şəhid olub.
APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı düşmən gülləsinə tuş gəlib. Hərbçi aldığı güllə yarasından şəhid olub.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər