• cümə, 29 Mart, 09:26
  • Baku Bakı 5°C

Nazirlik və Komitə arasında illik fəaliyyət planı imzalanıb

06.01.18 14:40 788
Nazirlik və Komitə arasında illik fəaliyyət planı imzalanıb
Müdafiə Nazirliyi iləDini Qurumlarla İş üzrə Dövlət Komitəsiarasında 2018-ci il üçün birgə fəaliyyət planı imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.
banner

Oxşar Xəbərlər