• çərşənbə axşamı, 19 mart, 14:46
  • Baku Bakı 8°C

Nazirlik: Türkiyə SQ-nin Suriyadakı əməliyyatı ölkə iqtisadiyyatına təsir etməyəcək

22.01.18 12:25 424
Nazirlik: Türkiyə SQ-nin Suriyadakı əməliyyatı ölkə iqtisadiyyatına təsir etməyəcək
Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı aparılan "Zeytun budağı" hərbi əməliyyatı Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Türkiyə İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə iqtisadiyyatının möhkəm əsası var: "Bundan başqa, "Zeytun budağı" əməliyyatı tez bir zamanda uğurla başa çatacaq".
Nazirlikdən bildiriblər ki, bu hərbi əməliyyat Tükiyənin, ölkənin sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi baxımından zəruridir.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
banner

Oxşar Xəbərlər